“Azərbaycan Dəmir Yolları”nın vəzifəli şəxsi tutuldu
“Azərbaycan Dəmir Yolları” QSC-nin vəzifəli əməkdaşı tutulub.
“Report”un xəbərinə görə, QSC-nin Yol Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri, 53 yaşlı Emin Rzayev çalışdığı şöbəyə məxsus 50 kiloqrama yaxın kimyəvi təmizləyici vasitəni qeyri-qanuni şəkildə satan zaman polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=39916