Eldar Mahmudovun sərvətini Almaniyaya Cavid Qurbanovun adamı qaçırıb? – İddia

19.11.2015 - 00:23

Vergi sistemində cərəyan edən ilginc olaylarla bağlı informasiyalar yayılıb. Cumhuriyyet.az teref.info-ya istinadən pul-korrupsiyahəmin məlumatı bəzi ixtisarlarla diqqətinizə təqdim edir: “Azərbaycanı çapıb talayan, büdcənin pullarının iri həcmdə oğurlandığı dövlət orqanlarından ən mühümü Vergi Sistemidir. Bu sistemdə pul oğurlamaq işində ən mühüm sahə kimi isə Vergilər Nazirliyi Yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentini xüsusilə vurğulamaq lazımdır. Belə ki bu departament “iri çaplı” vergi ödəyiciləri olan Banklar, Sığortalar daxil digər böyük şirkətlərdən alınan “paketləri” in bölgüsünü aparıb və lazım olan qurumlara çatdırmaqla Nazirliyin fəaliyyətində xüsusilə seçilir.

Rəcəb Babaşov Vergilər nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisidir. Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu R.Babaşovun qızı ilə ailə həyatı qurub. Yəni haqqında qısaca bilgi verdiyimiz bu adam əslində iki iri rəqib məmurun – Ziya Məmmədovla Cavid Qurbanovun qohumluğunu qazana bilib. Lakin Rəcəb Babaşov daha çox Cavid Qurbanovun «kassiri», pulyığanı kimi tanınır. Departamentin işinin idarə edilməsində rəis müavini postunu tutan Rəcəb Babaşovun xidmətlərini xüsusilə vurğulamaq Lazımdır. Bu şəxs Azərbaycanın ən güclü məmurlarından biri olan MTN-nin şefi Eldar Mahmudov vəzifəsindən çıxardılmamışdan 3 gün qabaq onunla görüşüb. Həmin görüşdə nələr haqqında danışıldığını bilməsək də, iddia etmək olar ki, danışıqların səbəbidir ki Rəcəb Babaşov Eldar Mahmudov prezident tərəfindən işdən azad olan kimi təcili Azərbaycanı tərk etdi. Əslində Eldar Mahmudovun ən axırıncı görüşdüyü adam Rəcəb Babaşov sayıla bilər və Eldar Mahmudovun təcrübəli əməliyyatçı olduğunu nəzərə alsaq Rəcəb Babaşovun xaricə getməsinin “MTN” çetesinin xaricdəki var dövlətinin yerləşdirməsi ilə bağlı olduğunu desək heç də yanılmarıq.

Etibarlı mənbələrdən əldə olunan məlumata görə Fazil Məmmədovun qara kassadakı payıda bu şəxs tərəfindən çatdırılır. Rəcəb Babaşovun şəxsi biznesləri və dəyəri milyardlarla ölçülən əmlakına o cümlədən onlarla bahalı maşınlarına nəzər salmaqla müəyyən etmək olur ki, bu şəxs qara kassaya xüsusi xidmətləriylə seçildiyinə görə özünə çatan rüşvət paketləri də milyonlarla ölçülür. Onun Sabirabad Rayonunun Qaralar kəndindəki iqamətgahı iki milyon manat, Bayıldakı Aran restoranı, Aran kafesi və 077 lər adlı avtoyuması, Bakının Fatmeyi kəndindəki 5 milyonluq iqamətgahı, əlavə olaraq Bakıda 4 evi o cümlədən Türkiyə və Almaniyada milyardlarla dövriyyəsi olan biznesi, ən ucuzu 200 min ABŞ dolları olan 10 ailə avtomobilinə nəzər salsaq görərik ki milləti xalqın əmlakını dövlətdən oğurlayaraq, bu şəxs dövlətin vergi orqanını şəxsi biznesinə çevirib. Əsas isə o bu sərvətlərə axır 10 -15 ildə sahib olub. Yəni Rəcəb Babaşovun varlanma prosesi MTN şefi Eldar Mahmudovun vəzifəyə gəlməsi ilə start götürüb.
Belə deyilsə, bu milyardlar onda hardandır? Yoxsa Babasından mirasmı qalmış? Ya xəzinəmi tapmış?

Rəcəb Babaşov bunlarla kifayətlənməyib Sabirabad rayonunda xırda sahibkarlardan da “haqq” alır. Belə ki Sabirabad rayonunda bu şəxsin ilin sonunda payını çatdırmayan heç bir sahibkar mağaza işlədə bilmir. Bu işdə rayonda ona dəstəy olan Sabirabad Rayon İcra Hakimiyyətinin 1 müavini postunun tutan Rəcəb Babaşovun doğmaca bibisi oğlu Həsən Həsənovdur. Belə ki Rəcəb Babaşov haqqını çatdırmayan sahibkarlara Həsən Həsənovun dəstəyi ilə bir sözlə divan tutur. Həqiqətə qalsa Babaşov Rəcəb Eldar Mahmudov tərəfindən “qoruma” altında olduğuna görə ona heç kim “bata” bilmirdi, bu aydındır. Amma heç olmazsa Banklar və Holdinqlərdən aldığı milyardlarla k kifayətlənib Sabirabadın kiçik Sahibkarlıq subyektlərinə “dəyib dolaşmasın”.

Short URL: http://www.cumhuriyyet.net/?p=39960

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728