Bakıda kütləvi dava: polislər yaralandı

25.11.2015 - 11:26

davaBakıda sərxoş gənclərlə polis əməkdaşları arasında insident baş verib.

“Report” xəbər verir ki, Səbayel rayonu, Xəqani küçəsində sərxoş vəziyyətdə olan iki gənc ucadan danışmaqla, nalayiq sözlər işlətməklə vətəndaşları narahat etdikləri üçün ərazidə olan polis əməkdaşları onları intizama dəvət ediblər.

Sərxoş olan İmişli rayon sakinləri 1991-ci il təvəllüdlü Cahid Əliyev və qardaşı 1994-cü il təvəllüdlü Zahid Post Patrul Xidməti Bölüyünün polis serjantları 1996-cı il təvəllüdlü Fərid Rəfullayev və 1992-ci il təvəllüdlü Emin Atakişiyevə tabe olmayaraq müqavimət göstəriblər. Nəticədə sərxoş qardaşlarla polislər arasında insident baş verib. F.Rufullayev baş nahiyəsinin əzilmiş-deşilmiş yarası, E.Atakişiyev isə kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

C.Əliyev və qardaşı Z.Əliyev isə saxlanılaraq polis bölməsinə aparılıb.

Faktla bağlı Səbayel Rayon Polis İdarəsində araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=40983

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31