Nazirin Yardımlıdakı yeni kadrı siqaret qaçaqmalçısı çıxdı

25.11.2015 - 11:29

ƏSMM-in direktoru Samir Camalovun 60 min manata vəzifə aldığı iddia edilir

selim muslumov2Yardmılı rayon ƏSMM-nin yeni direktoru Samir Camalovla bağlı ilginc məlumatlar daxil olub. Azerinews.tv-yə daxil olan müraciətdə şikayətçilər bildirir ki, əvvələr Yardımlı ƏSMM-də inisbektor işləyən Samir Camalov siqaret qaçaqmalçılığı ilə məşğul olub.

Həmin hadisədə həbs edilən cənab Camalovun şəriki, deyilənə görə dostunu ələ verməyib. Bundan sonra, canını rayondakı biabırçılıqdan qurtarmaq üçün. yığdığı pularla Yasamal rayon ƏSMM-ə inisbektor göndərilib. Bir müddət Yasamalda işləyən Samir Camalovun işindən narazı adamlar olsa da, o nazirin yaxın qohumunun əli ilə 50-60 min manat ŞİRİNLİK hesabına Yardımlı rayon ƏSMM-nin direktoru vəzifəsinə təyinat almağı bacarıb.

Şikayətçilər bildirirlər ki, Camalov məhz Yardımlıya vəzifəyə gətrilməsi yerli sakinlər tərəfindən narazılıqla qarşılanıb. Məlumata görə, vaxtilə vəziyyəti acınacaqlı bir neçə ailəni yardımsız qoyan Camalov onların da qəzəbinə gəldiyi bildirilir. Belə ki, şikayətçilər nazirin yeni təyinatına cavab olaraq yürüşə start verəcəklərini deyirlər.

Qeyd edək ki, məsələ ilə bağlı Samir Camalovla əlaqə saxladıq. O şikayətçilərin haqsız olduğunu və bu məsələlərlə bağlı MTN-ə şikayət edəcəyini bildirdi.

Mövzuya qayıdacağıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=40986

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31