Gəncədə sərnişin avtobusu qəzaya uğradı – 20 yaralı var
Gəncədə ağır yol qəzası baş verib.
Cümhuriyyət.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər veir ki, Gəncədə 29 saylı marşrut üzrə hərəkət edən mikroavtobus Ozan küçəsində divara çırpılıb. Qəza nəticəsində 20-yə yaxın sərnişin xəsarət alıb. Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdiriliblər.
Yaralılardan 16-nın şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 6-nın vəziyyəti ağır, 10-nun vəziyyəti isə orta ağırdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=41387