Nardaranda tutulanların hamısı 4 aylığa həbs edildi

28.11.2015 - 11:45

nardaran2Nardaranda baş verən hadisəyə görə saxlanılan 14 nəfərin hamısı barədə həbs-qətimkan tədbiri seçilib.

Bu barədə virtualaz.org saytına Baş Prokurorluqdakı mənbələrdən məlumat verilib.

Xəbərdə deyilir ki, onların hamısının barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

14 nəfər barəsində Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279 (qanunda nəzərdə tutulmayan silahlı birləşmələr yaratmaq), 281 (dövlət əleyhinə açıq çağırışlar), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

Xatırladaq ki, noyabrın 26-da DİN Nardaranda islamçı ekstremistlərə qarşı xüsusi əməliyyat keçirib. Bu zaman polisə silahlı müqavimət göstərən radikalların 4-ü məhv edilib. Silahlı insidentdə iki polis əməkdaşı da şəhid olub. Hacı Tale Bağırzadə başda olmaqla 14 islamçı ekstremist həbs edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=41617

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31