Milli Şura üzvü övladları ilə birgə “qorotdel”- ə çağrılıb

28.11.2015 - 23:07

oqtayg“Bu gün “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansının koordinatoru, Demokratik Qüvvələrin Milli Şurası Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev 2 övladı ilə birlikdə Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Çağırışın səbəbləri açıqlanmayıb”. Bu barədə məlumatı etibarlı mənbələrə istinad edərək “Turan” İnformasiya Agentliyi yayıb.
Əldə etdiyimiz məlumata görə BŞBPİ- nin Ağır Cinayətlər şöbəsinə Gülalıyevlərlə yanaşı əlavə 4 nəfər də gətirilib. Gətirilənlər məcburi qaydada polis tərəfindən gətirilib. O. Gülalıyev və övladları isə bildiriş təqdim olunaraq polisin iştirakı və müşayəti ilə “qorotdel”- ə gəlib. İdarəyə gətirilənlərdən biri ana və oğul olub. BŞBPİ- də onlardan az yaşlı Gülalıyevlərə qarşı 2 il bundan öncə 2013- cü ildə baş verdiyi iddia olunan məktəbli uşaqlar arasında dalaşma hadisəsinə görə şikayətçi olmaları tələb olunub. Lakin tərəflər arasında keçirilən üzləşmə zamanı onlar az yaşlı Gülalıyevlərdən hər hansı ziyan görmədiklərini, şikayətçi olmadılarını, əksinə qonşu kimi aralarında normal münasibətlər olduğunu bildiriblər. BŞBPİ- yə gətirilənlərə xəbərdarlıq olunub ki, onlar yenidən polisə çağrılacaqlar. Gülalıyevlər 3 saata yaxın polisdə saxlanılıb. Xatırladaq ki, bundan öncə O.Gülalıyev övladları ilə birlikdə bir neçə dəfə polisə çağırılıb.
“Turan” İnformasiya Agentliyi qeyd edir ki, hüquq müdafiəçisinin bir oğlu – Əlgüşad Gülalıyev 2013-cü il sentyabr ayında yaşadığı NZS qəsəbəsində naməlum şəkildə döyülərək bıçaqlanıb. İstintaq cinayətkarları tapıb məhkəmə önünə çıxarmaq əvəzinə hücuma məruz qalmış Ə. Gülalıyevin özünə cinayət işi açıb. Bu iş üzrə zərərçəkən, həmin məktəbin şagirdi Bayram Sultanlı şikayətdən imtina etsə də oktyabrın 30-da Xətai məhkəməsi Ə.Gülalıyevi xuliqanlıqda təqsirli bilərək 6 ay müddətinə icbari işə (əmək haqqının 15%-i tutulmaqla) məhkum edib. Sonradan Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.
2013- cü ildə baş verdiyi iddia olunan məktəblilər arasında dalaşmanın 2 ildən sonra gündəmə gətirilməsi, işin istintaqının bir başa Bakı şəhər Baş Polis İdarəsinin Ağır Cinayətlər şöbəsi tərəfindən aparılması və hüquq müdafiəçisi Oqtay Gülalıyevin övladlarının bu işə cəlb edilməsi cəhdi olayın arxasında siyasi motivlərin durduğunu deməyə əsas verir.

Short URL: http://www.cumhuriyyet.net/?p=41689

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31