Zaqatalada gəncin əllərini 1350 manatlıq borca görə kəsiblər (TƏFƏRRÜAT)

30.11.2015 - 02:58

rrNoyabrın 28-də Zaqatalada törədilən cinayətin təfərrüatı məlum olub. “Report” xəbər verir ki, Zaqatala şəhəri, Azərbaycan prospektində yaşayan 1989-cu il təvəllüdlü Vüsal Bəşirov hər iki qolunun bilək nahiyəsindən tamamilə kəsilməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Vüsal Bəşirovun üzərində təcili əməliyyat aparılıb və hər iki qolu biləkdən amputasiya edilib.
Cinayət 1350 manat borca görə baş verib. Zərərçəkən Zaqatala şəhəri, Azərbaycan prospektində yaşayan 30 yaşlı Araz Abdullayevə pul borclu olub. Həmin şəxs B.Vüsalın ağzını və əl-ayağını yapışqanlı lentlə bağlayaraq Tala çayın üzərindən keçən asma körpünün altında qollarını kəsib. Cinayəti törədən A.Araz sonradan polisə gedərək təslim olub.

Zərərçəkmişin atası Vahid Bəşirovun dediyinə görə oğlunun borcu olub. Oğlu Bakıdan qayıdan vaxt onu qarşılamağa gedib. Borclu olduğu şəxslər isə Vüsalı söhbət etmək adıyla çayxanaya aparıblar. Oğlundan narahat olan V.Bəşirov onun mobil telefonuna zəng etsə də, zəng çatmayıb. Bir qədər sonra isə oğlunun telefonundan zəng gəlib, danışan şəxs onun əllərini kəsdiyini və xəstəxanaya aparıldığını deyib. Polis şöbəsindən isə istintaq getdiyinə görə, hadisənin təfərrüatları barəsində məlumat verilməyib. Zərərçəkənin yaxınlarının bildirdiklərinə görə, cinayəti törədənlər İslamın qeyri-ənənəvi təriqətinin nümayəndələri olublar.

Qeyd edək ki, əlləri kəsilən Vüsal Bəşirov əvvəllər məhkumluq həyatı yaşayıb. Faktla bağlı Zaqatala rayon Polis şöbəsi tərəfindən hadisəni törədən şəxs və yaxud şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində araşdırmalar aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=41812

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31