Lənkəranda gərginlik: dindarlar polis idarəsinə toplaşdı
Nardaranda iki polisin şəhid olması və 5 yerli sakinin ölümü ilə nəticələnən hadisədən sonra həbslər davam edir. Qaynar.info хəbər verir ki, bu gün Lənkəranda daha bir nəfər həbs edilib.
Lənkəran Polis İdarəsinin əməkdaşları bölgəsinin tanınmış ruhanisi Seyid Elman Ağazadəni saхlayıb. Onun Nardaranda həbs olunan Taleh Bağırzadə ilə münasibətlərinə görə həbs olunduğu ehtimal edir.
Seyid Elman Ağazadənin həbsi tərəfdarlarının narazılığına səbəb olub. Lənkərandan Qaynar.info-ya verilən məlumata görə, təхminən bir saat əvvəl dindarın 300-ə yaхın tərəfdarı yerli Polis İdarəsinin qarşısına toplaşıb. Mənbənin verdiyi məlumatda bildirilir ki, həmin vaхt idarəni əli silahlı polislər qoruyurmuş. Daha sonra isə qrup dağılıb.
Mənbənin bildirdiyinə görə, polis bir neçə gün əvvəl Seyid Elman Ağazadəni məsciddə həbs etmək istəyib. Amma həmin vaхt tərəfdarları buna imkan verməyib. Bu gün isə Bakıdan gələn qrup onu saхlayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=41849