Bakı Avtovağzalında dəhşətli aksiya anonsu: sürücülər özlərini və maşınlarını yandıracaq

01.12.2015 - 01:04

avtovaqzal1Bu gün səhər saat 9 – da Bakı Beynəlxalq Avtovağzalında şürücülərin yolu kəsəcəkləri barədə moderator.az – a məlumat daxil olub. Bildirilir ki, avtovağzal rəhbərliyi ilə dil tapa bilməyən “Mersedes – Benz” markalı “Sprinter” mikroavtobuslarının sürücüləri saytın əməkdaşına bildiriblər ki, sabahadək gözləməyi qərara alıblar, məsələ həllini tapmasa özlərini də maşınları ilə birlikdə yandırmaqdan başqa çarələri qalmayıb.

Sürücülər deyir ki, əslində avtavağzalın özü onların işləməsində maraqlıdır, çünki bu vaxtadək asanlıqla “dil taparaq” işləyiblər, bu əməkdaşlıqdan da hər iki tərəf razı qalıb. Amma DİN Baş Dövlət Yol Polisi İdarəsi indi köhnə dəyirmana yeni nırx qoyaraq deyir ki, mən də bu “əməkdaşlığa” şərikəm, əks halda ölkə üzrə bütün polis postlarına göstəriş verilərək onların fəaliyyəti dayandırılacaq, özlərinə isə ağır cərimələr tətbiq ediləcək.

Sürücülərsə deyir ki, prezdent fərmanı var, kicik sahibkarlar lisenzyasız işləsin, ancaq VÖEN açdırıb vergisini ödəsinlər. Amma BDYPİ rəhbərliyi bu fərmanı tanımadığını əməli ilə ortaya qoyaraq “Burda bizik, Bağdadda Kor Xəlifə” məntiqi ilə davarnır…

Moderator.az – a o da məlum olub ki, ölkə üzrə təxminıən 500 “Sprinter Mersedes-Benz” markalı 18 yerlik mikroavtobuslar sərnişindaşıma ilə məşğuldur, indi isə bu qədər sürücünün iş yerlərindən və ailələrinə çörək qazanmaqdan məhrum olacağı təhlükəsi yaranıb…

Short URL: http://www.cumhuriyyet.net/?p=42070

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31