Silahlı maskalılar mənzilə basqın etdi

01.12.2015 - 12:04

maskaGöyçay rayonunda da maskalı şəxslər evə basqın ediblər. APA-nın xəbərinə görə, hadisə bu gün saat 11 radələrində Göyçay şəhərinin Vaqif küçəsində qeydə alınıb.

Dörd maskalı şəxs əllərində tapança və bıçaqla şəhər sakini, 1952-ci il təvəllüdlü Fərzəli Hacıyevin evinə daxil olublar. Onlar Fərzalı Hacıyevi, onun həyat yoldaşı Rəxşəndə Hacıyevanı və oğlu Fərhad Hacıyevi döyərək onlara müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Bundan sonra maskalı şəxslər evdə olan qızıl-zinət əşyalarını götürərək qaçıblar.

Xəsarət alan ailə üzvləri Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hazırda maskalı şəxslərin tutulması istiqamətində rayon hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

F. Hacıyevin uzun müddətdir rayonda dəri alveri ilə məşğul olduğu bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=42154

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31