Gəncədə saqqallı şəxslər şagirdi Allaha inandığına görə döydülər

01.12.2015 - 12:54

davaGəncə yaxınlığında yerləşən Kəlbəcər yeni yaşayış massivində qeyri-adi hadisə baş verib.

Axar.az-a daxil olan məlumata görə, iki naməlum şəxs 9 saylı orta məktəbin 9-cu sinif şagirdinə yaxınlaşaraq onu döyüb.

2001-ci il təvəllüdlü Fidan Məmmədovanın sözlərinə görə, saqqallı şəxslər ona “Allaha inanırsanmı”, – deyə sual veriblər. Azyaşlının “bəli, inanıram” cavabından sonra isə hər iki şəxs yeniyetməyə ağır zərbələr endirməyə başlayıb. Yeniyetmə kəllə-beyin travması və boyun fəqərələrinin əzilməsi xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan əməkdaşımıza verilən məlumata görə, məktəblinin üzərində ciddi xəsarət olmadığı üçün yeniyetmə ailəsinin iştirakı ilə xəstəxanadan çıxarılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=42176

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31