Leyla Yunusun vəziyyəti yenə pisləşib
Həbsdə olan Leyla Yunusun vəziyyəti son günlər pisləşməkdə davam edir. Diabet xəstəliyi onun gözlərində problem yaradıb. Belə ki, sol gözü tutqunlaşıb.
Məlumatlı mənbələrdən Turan-a məlum olub ki, hepatit C onun ciyərini dağıtmaqda davam edir. Bundan başqa demək olar ki, mədəsi çalışmır, güclü diareya başlayıb və bu səbəbdən qida qəbulu ilə bağlı ciddi problemləri var ( o, bir ildən çoxdur ki, isti yemək yemir). Nəticədə çox arıqlayıb (hazırda 40 kq.-dan bir az çoxdur), güclü başgicəllənməsi var.
Eyni zamanda məlum olub ki, Leyla Yunus öd kisəsi daşının çıxarılması ilə bağlı əməliyyat olunmalıdır, lakin bunu həbs şəraitində etmək mümkün deyil.
Short URL: http://www.cumhuriyyet.net/?p=42244