Ermənistandakı rus raketləri Ankaraya tuşlandı

02.12.2015 - 01:02

raket5Ankara Qarabağ münaqişəsini ölü nöqtədən tərpətmək istəyir. Cumhuriyyet.az publika.az-a istinadən xəbər verir ki, “Nezavisimaya qazeta” nəşri Türkiyə-Rusiya qarşıdurması fonunda Ankaranın Qarabağda müharibəyə başlaması haqda informasiyaları şərh edib.

Nəşr yazır ki, Rusiyanın iqtisadi sanksiyalarına, həmçinin, “erməni məsələsində” İrəvanı dəstəkləməsinə qarşı Türkiyə ciddi addımlar ata bilər. “Davudoğlunun Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün Türkiyənin əlindən gələni edəcəyi haqda bəyanatından dərhal sonra məlumat yayıldı ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin Türkiyə-Ermənistan sərhədində 7 minlik əsgər yeridib”, – deyə nəşr qeyd edib.

Hərbi ekspert Viktor Litovkin nəşrə açıqlamasında bildirib ki, bu, yanlış informasiya ola bilər: “Mən əmin deyiləm ki, ordu həqiqətən də hazırlanır. Lakin bu faktdır ki, Türkiyə ilə Ermənistan sərhədi erməni ordusu ilə yanaşı, həmçinin, rus əsgərləri tərəfindən də qorunur. Orada bizim hərbi bazamız var. Bu baxımdan, Rusiyadan ora qoşunların göndərilməsi xəbəri qəribə görünür. Onsuz da Ermənistandakı artilleriyamız Türkiyəyə doğru tuşlanıb”.

Ekspert qeyd edib ki, müharibə olacağı təqdirdə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana dəstək verəcək: “Hətta KTMT bundan imtina etsə belə, Rusiya mütləq öz yardımını edəcək. Çünki müqavilə var. Bunu Azərbaycanda anlayırlar. Digər tərəfdən, Türkiyə Qarabağda müharibəyə başlayarsa, NATO-nu da bu müharibəyə qoşmuş olacaq. Şimal Alyansının indi buna nə qədər hazır olduğunu demək çətindir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=42333

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31