13 yaşlı şagird məktəbin tualetində doğdu (VİDEO)
Hindistanda 13 yaşlı qız məktəbin tualetində doğub. ANS PRESS-in məlumatına görə, hadisə Heydərabad şəhərində baş verib. Dərs əsnasında müəllimindən icazə alaraq yoldaşlarıyla tualetə gedən qız orada ana olub. Hadisə nəticəsində müəllimlər şok keçirib. Hindistanın Heydərabad şəhər Madhapur mahalındakı dövlət məktəbində oxuyan 9-cu sinif şagirdinin dərs zamanı sancıları tutub. Müəllimlərdən və şagirdlərdən heç kimsə qızın hamilə olduğunu fərq etməyib. Sinifə geri qayıdan qızın sinif yoldaşı qızın doğduğunu bildirdikdən sonra onun ailəsinə xəbər verilib.
Məktəb rəsmiləri məktəbdə çalışan 13 müəllimin hadisədən xəbərsiz olduğunu bildirib. Sinif müəllimləri isə qızın hər zaman yavaş yeridiyini və qucağında çantası ilə oturduğunun fərqinə varmadığını ancaq qızın hamilə ola biləcəyini heç düşünmədiklərini qeyd edib. Qızın doğmasından sonra polisə edilən şikayət nəticəsində hadisəylə bağlı istintaqı başlayıb.
Hindistanda azyaşlıların zorlama halı çox geniş yayılıb. Belə dəhşətli hadisələrin qarşısını almaq üçün ictimaiyyət daim kütləvi aksiyalar keçirərək hakimiyyətin bu məsələyə biganəliyinə etiraz edir. Bu il fevral ayında Hindistanda 5 nəfər kişi zorlamanı videoya çəkib “WhatsApp” vasitəsilə yaymışdı. Onu təsadüfən qadın hüquqlarını müdafiə edən Sunita Krişna adlı bir qadın tapıb. Onun sözlərinə görə, o, videoya 10 saniyədən çox baxa bilməyib. “Bu, çox dəhşətli idi. Mən 10 saniyə baxandan sonra videonu saxladım ki, özümə gələ bilim”, – deyə Sunita bildirib.
Hüquq müdafiəçisi olan Sunita videonu üzə çıxarmaq istəməyib. Çünki videoda zorlanan qızın üzü aydın görünürdü. Lakin sonradan qadın bu məsələni ictimailəşdirmək və ona qarşı mübarizə aparmaq üçün fikrini dəyişib. O, təcavüzə məruz qalan qızın üzünü müxtəlif effektlərlə gizlədib, oğlanların üzünü isə əksinə, elə edib ki, daha aydın görünsün. Bundan sonra o, hadisə ilə bağlı yenidən məhkəməyə müraciət edib. İndi Hindistanın hüquq-mühafizə orqanları həmin 5 nəfəri axtarır.
Sunita Krişnanın özü də 15 yaşında ikən 8 nəfərin təcavüzünə məruz qalıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=42339