Sumqayıtda biabırçılıq: bank müştərini şəkillə təhdid etdi

02.12.2015 - 10:47

BankBank pulu gecikdirən şəxsin şəklini bloklara yapışdırır.

Məlumata görə, şəxs yaşadığı binanın bütün bloklarında və bütün mərtəbələrində qonşusunun borclu olduğu haqqında informasiyanın şəkil formasında yapışdırıldığı ilə rastlaşıb. Şəkildə onun qonşusunun borclu olduğu bildirilir və borc vaxtında ödənilməzsə, müvafiq hüquqi tədbirlərin görüləcəyi ilə xəbərdar edilir.

Maraqlı nüanslardan biri odur ki, qeyd olunan şəkildə bankın adı qeyd olunmayıb.

Vəkil Anar Qasımov deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, banklar ilk dəfə deyil ki, bu addımı atır: “Əslində bu ilk insident deyil. Sumqayıtda yerləşən banklardan biri müştərinin yaşadığı binanın blokuna onun şəklini yapışdırmışdı. Biz bu məsələ ilə bağlı bankın yerləşdiyi yer üzrə Nəsimi Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmədə biz məbləği kifayət qədər yüksək qoymuşduq. Amma məhkəmə müştəriyə vurduğu mənəvi ziyana görə 2000 manat təzminat kəsdi. Eyni zamanda, bank müştərinin şəklini yapşdırdığı yerlərdə üzrxahlıq elanları da yapışdırmalı idi. Bank məhkəmənin bu qərarından Apelyasiya Məhkəməsinə şikayət ərizəsi vermişdi. Amma Apelyasiya Məhkəməsi də Nəsimi Rayon Məhkəməsinin verdiyi qərarı qüvvəsində saxladı. Ümumiyyətlə, bu, qanunla qadağan olunan bir prosesdir. Banklar müqavilə üzrə öhdəliyini yerinə yetirə bilməyən müştərini məhkəməyə verə bilər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=42384

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31