Azərbaycan ordusunun giziri şəhid oldu

03.12.2015 - 12:08

sehidNoyabrın 30-da axşam saatlarında qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu gizir Novruzov Fariz Əlabbas oğlu həlak olub.

Cümhuriyyət.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, fakt üzrə Hərbi Prokurorluq tərəfindən hadisənin baş verməsi şəraitinin müəyyən edilməsi üzrə araşdırma aparılıb. Araşdırmanın nəticəsi göstərib ki, gizir F.Novruzov düşmən tərəfdən atılan güllənin sapması nəticəsində şəhid olub.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfi regiondakı çətin hərbi-siyasi şəraitdən öz xeyrinə istifadə etmək məqsədilə vəziyyəti bir qədər də gərginləşdirməyə çalışır. Silahlı Qüvvələrimizin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq düşmənin fəallaşması cəhdinin qarşısının alınması və şəhidlərin qanının yerdə qalmaması məqsədilə zəruri tədbirlər həyata keçiriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=42694

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31