Polis Maştağada da əməliyyata başladı
Polis Nardaranın ardınca Maştağada da əməliyyata başlayıb.
Noyabrın 6-da İnzibati Xətalar Məcəlləsinin 301 və 298.2-ci maddələri ilə barəsində 30 sutka inzibati həbs-qətimkan tədbiri seçilmiş “Müsəlman Birliyi” hərəkatının üzvü Elçin Qasımovun evində axtarış aparılıb.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Maştağa qəsəbəsindəki evinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd “F-1” qumbarası və 100-ə yaxın dini ədəbiyyat aşkar edilərək götürülüb.
Araşdırmalar davam etdirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=43000