Bulvarda intihara cəhd: özünü dənizə atdı…
Dənizkənarı Milli Parkda intihara cəhd olub.
Cümhuriyyət.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Bakının Səbayel rayonunda – Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1 km sola – nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.
Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas edib aidiyyəti üzrə təhvil veriblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=43451