Azərbaycanda dəhşətli cinayət

08.12.2015 - 00:30

bicaq1Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə rayonun Bəcirəvan kəndində qeydə alınıb. Həmin kəndin sakini 17 yaşlı Məhəmməd Qarayev əmisinin həyat yoldaşı Şəmsiyə Məmmədova tərəfindən bıçaqlanıb. Yaralı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildirilib ki, yaralının vəziyyəti ağır olduğundan əməliyyat olunub: “M.Qarayev altı bıçaq zərbəsi xəsarəti ilə xəstəxanaya gətirilib. Çoxsaylı kəsilmiş-deşilmiş yaraları olan xəstə əməliyyat olunduqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır olaraq qalır”.

Hadisəni törədən S.Məmmədova Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb və istintaqa cəlb olunub.

Qeyd edək ki, hadisənin qisas zəmnində baş verdiyi bildirilir. Belə ki, ötən il S.Məmmədovanın oğlu Adil Qarayev kanlada çimərkən boğulub. A.Qarayev boğulan zaman onun əmisi oğlu M.Qarayev də onun yanında olub. S.Məmmədova oğlunu M.Qarayevin suda batıraraq boğduğunu iddia edib və cinayəti oğlunun qisasını almaq üçün törətdiyini bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=43531

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31