Azərbaycanda dəhşət: İki uşaq özünü asdı
Bərdədə intihar hadisəsi baş verib.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Hacıalı kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü Aytac Zamin qızı Surxaylı yaşadığı ünvanda özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.
Polisdən həmçinin bildirilib ki, A.Surxaylı orta məktəb şagirdi olub.
Faktla bağlı Bərdə Rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
***
Daha bir dəhşətli intihar hadisəsi isə Beyləqanda baş verib.
Beyləqan Rayon Polis Şöbəsindən verilən məlumata görə, Füzuli rayon Şəkərli kənd sakini, hazırda Beyləqan ərazisində yaşayan 11 yaşlı Qara Ağayev evlərində özünü asıb. İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=48238