Polis REAL Məclisinin Sumqayıtda tədbir keçirməsinə əngəl oldu – Sədr polis idarəsinə çağrıldı

22.01.2016 - 16:40

hafiz3REAL Hərəkatının Sumqayıt El Məclis sədri Hafiz Babalı Sumqayıt Şəhər Polis İdarəsinə çağrılıb.

Hafiz Babalını Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini Süleyman Nemətov qəbul edib.

Hafiz Babalı bu haqda Cümhuriyyət.az saytına bildirib ki, Sumqayıt Şəhər Polis İdarəsinə çağrılmasına səbəb kimi REAL Hərəkatının Sumqayıt El Məclisinin bazar günü təşkil edəcəyi tədbir göstərilib. Tədbirin təhlükəsizliyi əsas gətirilərək keçirilməməsi tələb olunub. Sonda Hafiz Babalıdan izahat alınaraq sərbəst buraxılıb.

Məsələnin siyası çalarlı olduğu istisna edilmir.

Qeyd edək ki, bu REAL  Hərəkatının Sumqayıt El Məclisinin sədrinin ilk saxlanılması faktı deyil. Hafiz Babalı ötən ilin may ayında 2 nəfərin şikayəti əsasında zorla onlara Real Hərəkatını təbliğ edən broşurlar verdiyi ittihamı ilə polis tərəfindən saxlanılmışdı. Lakin məhkəmə ittihamları əsassız olması səbəbindən rədd etmişdi.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=50265

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728