Prezidentin başını qılıncla kəsənə mükafat söz verildi – Video

23.01.2016 - 00:18

rrSuriyada savaş davam edərkən, digər ölkələrdən “mücahid” axını da bu cəhənnəmə davam edir. Xüsusilə, sosial şəbəkələrdə İŞİD, Ən-Nusra və digər örgütlərin təbliği nəticəsində qanlı savaşa qurban gedənlərin sayı getdikcə artır. Lakin bu artıq qanla bəslənənləri qane etmir ki, televiziya vasitəsi ilə bu yöndə təbliğat aparırlar.
Ərəb ölkələrində yayımlanan verilişlərdə Suriya prezidentinə qarşı terrora görə, mükafatlar belə söz verilir. “Suriyada cihad” fitnəsini yayan, əslən suriyalı Adnan Ar-Ur ərəb kanalında Bəşər Əsədin başını qılıncla kəsib gətirənə nəzir verəcəklərini bildirib. Onunla eyni proqrama qatılan iordaniyalı alim Əli əl-Hələbi isə bu təklifi dəstəkləyir.
Maraqlıdır ki, Suriyanı qan gölünə çevirən Andan Ar-Urların, Əli əl-Hələbilərin Azərbaycanda da izləyici və tərəfdarları az deyil. Dindarlar arasında bu görüşü təbliğ edənlər ölkəmizdən Suriyaya “cihad turizmi” ilə məşğuldurlar. Bu barədə araşdırmalarımız davam etdiyindən həmin şəxslərin adlarını açıqlamırıq. Qısa zamanda mövzuya qayıdacağıq.(Yenicag.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=50433

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728