Gəncədə ana və iki övladı dəm qazından zəhərləndi
Gəncədə dəm qazından zəhərlənmə olub.
APA-nın verdiyi məlumata görə, şəhərin Yeni Gəncə qəsəbə sakini, 1985-ci il təvəllüdlü Səidə İsmayılova və onun övladları -10 yaşlı Səma və 5 yaşlı Aynur dəm qazından zəhərlənmə əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onlara dərhal tibbi yardım göstərilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, ana və iki övladı yaşadıqları evdə qaz sobasından çıxan dəm qazından zəhərləniblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=50594