Azərbaycan vətəndaşı Rusiyada “donuz qripi”ndən öldü

26.01.2016 - 10:36

rrRusiyanın Yamalo-Nenetsk Muxtar Vilayətinin Noyabrsk şəhərində pandemiya halı almış qrip virusu Azərbaycan vətəndaşının ölümünə səbəb olub.
APA-nın “Sever-Press” saytına istinadən verdiyi məlumata görə, Rusiya İstehlakçıların hüquqlarının müdafiəsinə nəzarət federal xidmətindən (Rospotrebnadzor) bildiriblər ki, 53 yaşlı azərbaycanlının ölümünə səbəb 7 gün ərzində evdə müalicə alması və xəstəxanaya gec müraciət etməsidir. Onun А/H1N1 (“donuz qripi”) virusundan öldüyü ehtimal edilir.
Xatırladaq, ötən ilin noyabrında da vilayətin Yeni Urenqoy şəhərində А/H1N1 (“donuz qripi”) virusundan ölüm faktı qeydə alınıb. Son 1 həftədə isə şəhərdə kəskin respirator virus infeksiyası səbəbi ilə xəstəxanalara müraciət edənlərin sayı artıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=51187

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728