Həbsxanadan xəbər var – Dustaqlar soyuqdan donurlar.
Həbsxanadan xəbər var – dustaqlar soyuqdan donur
13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən dustaqlar soyuqdan donurlar. Bu haqda “Basta” ya etibarlı mənbədən məlumat verilib. Məlumata görə, məhbusların çoxu möhkəm xəstələnib. Müsavat başqanının müavinləri Tofiq Yaqublu və Fərəc Kərimli də həmin cəzaçəkmə müəssisəsində saxlanılırlar.
Bu haqda “Basta”ya məlumat verən mənbə deyib: “Öz vətəndaşlarına düşmən münasibətinin səbəbi nədir? Nəyə görə cəzaçəkmə müəssisələrinə istilik verilmir? Onsuz da məhbuslar isti geyimlə, normal ərzaqla təmin olunmurdular. Onları soyuqda saxlamaq isə bu rejimin əsl xislətini ortaya çıxartdı”.
Qeyd edək ki, məhbusların isti geyimlə təmin olunması məqsədilə keçmiş siyasi məhbus Nigar Yaqublu məhbuslara çatdırmaq üçün çox uğurlu “İsti geyim” kampaniyası başlatmışdı. Lakin sonradan geyimlərin məhbuslara verilməsinə icazə vermədilər və Nigar Yaqublu kampaniyanı dayandırmalı oldu.
Short URL: http://www.cumhuriyyet.net/?p=51499