Polis sürücüdən belə rüşvət aldı – ŞOK VİDEO

27.01.2016 - 13:11

rusvetPolisin göstərişi ilə evakuator sürücüsünə «şirinlik» verən sürücünün maşını cərimə meydançasına aparılmayıb

Bakıda avtomobili evakuatora mindirilən sürücü maşının cərimə meydançasına aparılmaması üçün rüşvət verməli olub. Hadisə yanvarın 25-də, saat 14.40 radələrində Həsən Əliyev küçəsində yerləşən «ASAN xidmət»in qarşısında baş verib. Bu barədə hadisə şahidləri Avtosfer.az-a məlumat verib.

Məlumata görə, evakuator «Mercedes» markalı maşını götürüb aparmaq istəyib. Çünki orada dayanmanı qadağan edən nişanın tələbini pozub: «Bu zaman maşının sahibi gəlib çatdı və maşını evakuatordan düşürdü. Əvəzində isə maşını aparanlara pul verdi. Əvvəlcə pulu polisə təklif eidi, ancaq polis pulu maşını evakuatordan düşürən oğlana verməyi söylədi. Bundan sonra sürücü pulu həmin oğlana verib maşını evakuatordan düşürdü».

Qeyd edək ki, həmin ərazidə DİN-in «Təhlükəsiz şəhər» kameraları da var. Oxucuların göndərdiyi həmin «şirinlik» videosunu təqdim edirik:

Short URL: http://www.cumhuriyyet.net/?p=51660

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728