Bakıda həbsxanada dustaq ölüb

12.02.2016 - 23:56

hebsxanaBakıda həbsxanada dustaq ölüb. Məlumata görə, hadisə 6 saylı cəzaçəkmə müəssisəsində baş verib. Məhkum, 25 yaşlı İbrahimov Nurani Fuad oğlu müəmmalı şəkildə dünyasını dəyişib.
Məlumatı mərhum məhkumun qardaşı verib. O, bildirib ki, hadisə ötən gecə baş verib və bir qədər əvvəl meyit ailəsinə təhvil verilib. Bakının Hövsan qəsəbəsində yaşayan Nurani İbrahimov sabah dəfn ediləcək.
Məhkumun qardaşı bildirib ki, Nyrani İbrahimov bir neçə gün əvvəl karserə salınıbmış. O, meyitin üzrərində zorakılıq əlamətlərinin olduğunu da deyib.
Lakin məhkumun karserə salınmazdan əvvəl və ya sonra, eləcə də kim tərəfindən işgəncəyə məruz qaldığı ailəsinə məlum deyil.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən bildirilib ki, məhkum ölümü barədə məlumatları yoxdur və bu barədə yalnız sabah açıqlama verə bilərlər.
Qeyd edək ki, Nurani İbrahimov məhkəmə qərarı ilə 7 il müddətinə azadlıqdan məhrum edilibmiş və cəzasının 5-ci ilində dünyasını dəyişib. (Musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=53435

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728