19 yaşlı qız varlı kişiləri tovlayıb soyurmuş – VİDEO

14.02.2016 - 22:50

rrNyu Yorkda yaşayan 19 yaşlı qız özündən yaşlı kişiləri tovlayaraq qarət edirmiş. BAKU.WS-in məlumatına görə, o hər dəfə gözəlliyindən və seksual görünüşündən istifadə edərək kişiləri başdan çıxarmağı bacarıb.

Aleksandra Martinez adlı qızın hədəfi əsasən varlı kişilər olub. Hər gecə bəzənən Aleksandra elit barların birinə gedirmiş. Orada zəngin yaşlı kişi taparaq onunla tanış olub, özünü sevdirməyi bacarır. Daha sonra seks xidməti təklif edib. Razılaşma əsasında ya evə, yaxud da otelə gedirmiş. Adəti üzrə orada yaşlı kişinin içkisinə dərman töküb onu yatırdırmış. Daha sonra kişinin bahalı əşyalarını və pulunu götürüb qaçırmış. Aleksandra Martinez bu minvalla 31 ədəd bahalı saat, 100-ə yaxın iPhone, qızıl və ziynət əşyaları, eləcə də 60 min dollara yaxın pul oğurlayıb.

Sonuncu dəfə isə oğurluğa cəhd edərkən polisə yaxalanıb. Məhkəməyə qədər polis onu 50 min dollar müqabilində zaminə buraxıb. Hazırda kişilərin ağlını başdan alaraq onları talan edən 19 yaşlı gözəlçə məhkəmənin qərarını gözləyir.

Short URL: http://www.cumhuriyyet.net/?p=53548

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728