Rus xuliqanlar Ərdoğanı telefonla dolayıblar?- (Səs yazısı)

15.02.2016 - 03:42

rrRus telefon xuliqanları (prankerlər) Vovan və Leksus iddia edirlər ki, Ukrayna prezidenti Petro Poroşenkonun və baş nazir Yatsenyukun adından zəng edib Türkiyə lideri Ərdoğanı dolayıblar.  Onlar bu hoqqanın “sübutu kimi” internetə “həmin söhbət”dən parça da yerləşdiriblər.Amma Türkiyə prezidentinin ofisindən belə bir zəngin olduğunu təkzib ediblər. Səsi saxta adlandırıblar.

Prankerlər iddia edirlər ki, Ərdoğandan Türkiyənin həqiqətənmi Suriyada yerüstü əməliyyat keçirməyi planlaşdırdığını öyrənmək istəyirlərmiş. Həm də Poroşenko və Yatsenyukun adından Ərdoğanın vurulmuş rus təyyarəsinə görə Putindən üzr istəməyəcəyinə ümid ifadə ediblər.

Bəzi istifadəçilər hətta İnternetdə yayılmış səs yazısını Ərdoğanın səsi ilə müqayisə etiblər. Bir çoxları bu iki səsin bir-birinə çox bənzədiyini düşünürlər. Bəziləri isə belə hesab edir ki, əgər bu telefon danışığı həqiqətən də baş tutubsa, onda burada hökmən xüsusi xidmət orqanlarının əli olub.

Türkiyə prezidentinin administrasiyasındakı mənbə “RİA Novosti”nin müxbirinə belə deyib: “Mən bu zəng barədə heç bir şey eşitməmişəm. Həm də prezidentə elə asanlıqla zəng vurmaq mümkün deyil. Bu məlumatı saxta hesab edirəm, çünki buna bənzər danışıqlar üçün xüsusi rabitə kanallarından və xüsusi prosedurlardan istifadə olunur.”

Tizeri (anonsu) prankerlərdən birinin Youtube kanalında paylaşılmış səs yazısının tam versiyasının fevralın 12-də yayılacağı vəd olunub.(Azadlıq Radiosu)

Short URL: http://www.cumhuriyyet.net/?p=53592

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728