Gəncə sakini Bakıda özünü öldürmək istədi
Bakıda intihara cəhd hadisəsi qeydə alınıb.
“Report” bildirir ki, ötən gecə saat 02:05 radələrində Gəncə şəhər sakini, 1955-ci il təvəllüdlü Mahir Məmmədov Dənizkənarı Milli Parkda özünü dənizə atmaq istəyərək intihara cəhd edib.
Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin mühafizəçiləri tərəfindən intiharın qarşısı alınıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=53708