Ermənilər Azərbaycan kəndini atəşə tutdu…
Ermənistan Silahlı Qüvvələri ötən gecə cəbhənin Goranboy istiqamətində atəşkəsi pozub.
Region TV xəbər verir ki, cəbhə kəndi olan Tapqaraqoyunlu qarşı tərəfin bütün mövqelərindən atəşə tutulub. Düşmən yandırıcı güllələrdən istifadə etməklə, əsasən, yaşayış evlərini hədəf alıb.
Açılan güllələr mənzillərin dam örtüklərinə, su çənlərinə, evlərin divarlarına, həmçinin hasarlara dəyib. Gecə saatları olduğundan kəndə dəyən ziyanı müəyyənləşdirmək mümkün olmayıb, qarşı tərəf cavab atəşi ilə susdurulub.
Short URL: http://www.cumhuriyyet.net/?p=53752