Bakının mərkəzində dəhşət : Abort qalıqları – VİDEO

15.02.2016 - 22:39

rrBakının Nəsimi rayonunda Azadlıq prospektilə Həsən Əliyev küçəsinin kəsişməsində 2 uşaq rüşeymi tapılıb.Cumhuriyyet.az xəbər verir ki, bu barədə 1news.az-a hadisənin şahidi olan həkim xəbər verib. Onun sözlərinə görə, embrionlar yolun hərəkət hissəsində zibil qutusunun yanında tapılıb. Şahid bildirib ki, onlar abortdan sonrakı rüşeymlərdir. 10-15 santimetrlik rüşeymlər hamiləliyin təxminən 2-3 aylıq olduğunu göstərir.
O, faktı sübut edən foto və video da göndərib. Mənbənin sözlərinə görə, embrionlar böyük ehtimalla yaxınlıqdakı tibb müəssisələrinin və ya uşaq evlərinin tibbi personalının səhlənkarlığı ucbatından düzgün məhv edilməyib: “Onların qeyri-leqal abortun qurbanı olmaları da istisna olunmur”.
Nəsimi rayon polis idarəsindən bildirilib ki, embrionların aşkarlanmasına dair məlumata malik olmasalar da, fakt üzrə araşdırma aparılacaq. Bundan sonra məlumatın düzgün olub-olmadığı müəyyən olunacaq. Qeyd edək ki, qaydalara əsasən, “B” sinfinə aid tibbi bioloji tullantılar (abort və düşük nəticələri) xüsusi ərazilərdə dəfn olunmalı və ya xəstəxanalardakı mini-krematorilərdə yandırılma yolu ilə məhv olunmalıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=53793

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728