“Gedək, sənə şalvar alacam” deyərək aparıb 6 yaşlı uşağının başını kəsdi – FOTO

16.02.2016 - 13:50

zahidBeyləqanda atanın 6 yaşlı oğlunu öldürməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

Beyləqan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Yuxarı Kəbirli kəndində kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z. İsgəndərov hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib.

Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Məsələ ilə bağlı vəziyyətə aydınlıq gətirmək üçün Milli.Az Yuxarı Kəbirli bələdiyyəsinə müraciət edib. Bələdiyyə sədri Tofiq Qasımov Milli.Az-a bildirib ki, uşağını öldürən Zahid İsgəndərov qaçıb gizləndiyindən hələlik onu tuta bilməyiblər.

Bələdiyyə sədri qətli törədən 1982-ci il təvəllüdlü Z.İsgəndərovu xarakterizə edərkən onun içki düşkünü olduğunu və ailəsinə diqqət göstərən şəxs olmadığını deyib:

“Zahid orda-burda, tikintidə, fərdi ustalıqla, suvaq-hörgü işləri ilə məşğul olurdu. Amma kənddə hamı bilir ki, o, içki düşkünü olub və içkili olanda onun əlindən hər şey gözləmək olardı. Öldürülən Ümidin anası ilə isə onun heç rəsmi nikahı da olmayıb. Bu ailədən onun 2 övladı var. Uşaqların anası digər azyaşlı kiçik oğlu ilə Beyləqan şəhərində, valideynlərinin yanında ayrı yaşayır. Hadisə baş verən gün də anası şəhərdə olub. Zahidin isə başqa yerdə ikinci bir ailəsi də var. Yəni bunlara heç ailə də demək olmaz. Bu şəxs ailəsinə diqqət, qayğı göstərən, uşaqlarına baxan, qısası, ailəcanlı adam olmayıb”.

T.Qasımovun sözlərinə görə, həmin gün atası uşağı nənəsigildən ona şalvar almaq adı ilə aparıb, sonra isə boğazını kəsib: “Zahidin atası rəhmətə gedib, anası var. Özündən başqa, 3 qardaşı da var. Qardaşlarının ev-eşikləri ayrıdır, hamısı da normal adamlardır. Təkcə bu bir az fərqli idi. Özünün isə kənddə ayrıca tikdiyi birotaqlı daxması var. Öldürülən körpə də atası ilə orada yaşayırdı. Uşaq məktəbdə 1-ci sinifdə oxuyurdu. Evləri yaxın olduğundan Ümid adətən nənəsigildə olurdu. Yəni uşağa nənəsi, bibisi baxırdılar, onların nəzarətində idi. Atası da axşamlar işdən gələndə onu götürüb evinə aparırdı. Həmin gün də uşaq nənəsigildə oynayırmış, axşam atası gəlib götürüb evlərinə aparıb. Gedəndə deyib ki, gedək sənə şalvar alacam. Bu adla evdən çıxıblar. Daha sonra da bu hadisə törədilib. Amma hadisənin nə üstündə və necə baş verdiyini biz dəqiq bilmirik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=53915

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728