Bakıda yenə bankı qarət etmək istədilər

17.02.2016 - 10:24

oqruBakıda növbəti dəfə bankın qarət olunmasının qarşısı alınıb.

Anspress.com xəbər verir ki, 49 yaşlı Elxan Hüseyn oğlu Məsimov banklardan birində həyəcan siqnalının işə düşməsi nəticəsində hadisə yerinə gələn Mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılaraq istintaqa təhvil verilən Elxan əvvəljə polisi taksi fəaliyyəti ilə məşqul olamasına və gecə vaxtı bankın ətrafında düşürdüyü müştərisini axtardığına inandırmağa çalışıb. Dediklərinin inandırıcı olmadığını görəndə isə olanları düzgün danışmaq qərarına gəlib.

Məsimovun sözlərinə görə oğurluğu qaynı Kamran adlı şəxslə planlaşdırıb. Bankın binasında yerələş bankomatı qarət etmək istəyən Kamran hadisə yerindən qaçaraq gizlənə bilib. Saxlanılan şəxs qaçan qaynının yaxalanacağına ümid edir.

Faktla əlaqədar Binəqədi rayon polis idarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

Ötən həftə də Bakının Binəqədi rayonunda banklardan birinin qarət olunmasının qarşısı mühafizə polisləri tərəfindən alınmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=54030

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728