Azərbaycanda daha bir idmançı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub

18.02.2016 - 12:47

ramazan-abbasovAzərbaycanda daha bir idmançı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Cümhuriyyət.az-ın “Futbol+” qəzetinə istinadən məlumatına görə, bu “Rəvan” futbol klubunun kapitanı Ramazan Abbasovdur.
Amma təcrübəli yarımmüdafiəçinin özü həmin idarəyə deyil, Dövlət Yol Polisi tərəfindən saxlanıldığını bildirib. O, elə qəzetə açıqlamasında çoxlu sayda ödənilməyən cərimələrini səbəb göstərib: “Mənim Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində nə işim var? Sadəcə, fevralın 18-də Dövlət Yol Polisinin əməkdaşları avtomobilimi cərimə meydançasına aparıblar. Səbəb çoxlu sayda ödənilməyən cərimələr olub. Axşam saatlarında ordan-burdan pul tapıb cərimələri ödədikdən sonra maşını geri qaytardım. Cərimələrdən xəbərsiz olduğumdan, ödəməli olduğum məbləğ çox idi. Buna görə maşınım axtarışa verilmişdi”.
Abbasov cərimələri qeydiyyatda olduğu və yaşadığı ünvanların fərqli olması ilə əlaqədar cərimələrdən xəbər tuta bilmədiyini əlavə edib. Onun sözlərinə görə, cərimələrlə bağlı məktubları Dövlət Yol Polisi qeydiyyatda olduğu ünvana göndərib: “Mənimsə bundan xəbərim olmayıb. Bilsəydim, vaxtında ödəyərdim”.
Qeyd edək ki, Ramazan Abbasovun çıxış etdiyi “Rəvan”da bir müddətdir əmək haqqı ödənişi ilə bağlı problemlər var.

Short URL: http://www.cumhuriyyet.net/?p=54343

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728