Polis İdarəsində saxlanılan şəxs kafellə boğazını kəsdi

19.02.2016 - 11:41

zindanBakıda bir neçə gün öncə oğurluqda şübhəli bilinərək saxlanılan şəxs polis idarəsinə özünü öldürmək istəyib.

Cümhuriyyət.az qafqazinfo-ya istinadən bildirir ki, Səlim Qədimov tanışı Tərlan Babayevlə birlikdə fevralın 4-də Rza Əhmədova məxsus Sabunçu rayonu ərazisində yerləşən qarajdan oğurluq etməkdə şübhəli bilinərək 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıblar.

Səlim Qədimov Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinin sanitar qovşağında intihara cəhd edib.

İdarənin tualetindən istifadə etmək istədiyini deyən S.Qədimov orada divara vurulan kafeli sındırıb. O, kafel parçası ilə sol qolunun damarlarını və boğazını kəsib.

S.Qədimov yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti qənaətbəxş kimi qiymətləndirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=54555

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728