Gəncədə ana övladını boğaraq öldürdü – DƏHŞƏT!

22.02.2016 - 11:01
umid-isgenderovGəncədə dəhşətli qətl hadisəsi baş verib. Ana öz övladını boğaraq öldürüb. Gəncə Şəhər Prokurorluğundan anspress-ə verilən məlumata görə, hadisə şəhərin Kəpəz rayonu ərazisində qeydə alınıb. 
Şəhər sakini 1973-cü il təvəllüdlü Mətanət Məmməd qızı Hüseynova aralarında yaranan mübahisə zəminində oğlu – 2005-ci il təvəllüdlü Elmir Telman oğlu Hüseynovu həyətyanı sahədə olan su quyusunda boğub.
Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının apardığı əməliyyat nəticəsində övladını öldürən Mətanət Hüseynova saxlanılaraq istintaqa cəlb edilib.
Faktla bağlı  Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Hadisəni törədən qadının psixi problemlərinin olduğu bildirilir.
Ümid İsgəndərov – qətlə yetirilən uşaq
Xatırladaq ki, valideynin övladını qətlə yetirdiyi sonuncu hadisə bir neçə gün əvvəl Beyləqanda  baş verib. Rayonun Yuxarı Kəbirli kəndində  yaşayan Zahid Məhərrəm oğlu İsgəndərov 6 yaşlı oğlu Ümid Zahid oğlu İsgəndərovun boğazını kəsib. Daha sonra isə mobil telefonunu söndürərək ərazidən qaçıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən ata tutularaq istintaqa cəlb edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=54849

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728