Görün külli miqdarda siqareti gömrükdən necə keçirmək istədilər – FOTOLAR

22.02.2016 - 14:03

QACAQMAL23 min ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin əməkdaşları 3 fakt üzrə 23 min ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıblar.

Qazax rayon sakini Şirinov Mahmud Sayad oğlunun idarə etdiyi 10 BJ 636 dövlət nömrə nişanlı “VAZ 21099” markalı minik avtomobilin ehtiyat təkərinin içərisində düzəldilən xüsusi saxlanc yerindən üzərində aksiz markası olmayan 3200 ədəd siqaret aşkar edilib.

Azərbaycan vətəndaşı, 37 yaşlı İsgəndərov Rəfail Həsən oğlunun idarə etdiyi “Mersedes” markalı 90 EM 488 dövlət nömrə nişanlı minik avtomobilinin ehtiyat təkərinin içərisində eyni üsulla düzəldilən saxlanc yerindən isə üzərində aksiz markası olmayan 3800 ədəd siqaret aşkar olunub.

Gəncə şəhər sakini Məmmədov Etibar Xeyrəddin oğlu isə üzərində aksiz markası olmayan siqareti gömrük sərhədindən idarə etdiyi avtomobilin mühərrik yerində keçirmək istəyib. Gömrükçülər onun idarə etdiyi 20 CS 332 dövlət nömrə nişanlı “Daymler Chrysler” markalı avtomobilə skaner vasitəsilə baxış keçirən zaman 16 000 ədəd siqaret aşkar ediblər.

Hər üç faktla bağlı araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=54907

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728