Hərbi qulluqçumuz həlak olub – Ehtiyatsızlıqdan

24.02.2016 - 17:36

esgerFevralın 23-də Müdafiə Nazirliyinin Goranboy rayonu Goran qəsəbəsində yerləşən N saylı hərbi hissəsində ölüm hadisəsi baş verib.

Modern.az saytına daxil olan məlumata görə, hərbi hissə həyəcan siqnalı ilə təlimlərə çıxarkən, müddətdən artıq xidmət edən (MAXE) Əliyev soyadlı hərbi qulluqçu ehtiyatsızlıqdan iki tankın arasında qalaraq həlak olub.

Məlumatda qeyd edilib ki, həyəcan siqnalı verildiyi üçün qarışıqlıq olub və bu zaman tanklardan biri arxaya sürərkən hərbçi iki tankın arasında qalıb. Müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hərbi hissəyə dərhal prokurorluq işçiləri gəlib və təhqiqata başlayıblar. Hazırda araşdırma aparılır.

Modern.az saytı məsələ ilə bağlı Müdafiə Nazirliyinin mövqeyini öyrənməyə çalışıb. Mətbuat xidmətindən saytımıza məsələnin yalnız araşdırıldıqdan sonra cavablandırılacağı bildirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=55360

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728