Lənkəranda oğru kameraya düşdü – VİDEO

25.02.2016 - 14:16

oqruLənkəran şəhərindəki mərkəzi bazarda dəftərxana ləvazimatlarının topdansatışı ilə məşğul olan mağazadan 7000 manatdan çox pul oğurlanıb.

Region TV xəbər verir ki, mağaza sahibi Ramin Babayev hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Lənkəran Rayon Polis Şöbəsinə məlumat verib.

Zərərçəkən bildirib ki, günorta saatlarında mağazanı bağlamaq məqsədilə çölə çıxıb.

Rəflərdəki kitabları yığışdırarkən, onun diqqətsizliyindən istifadə edən naməlum şəxs içəri daxil olaraq gödəkcəsinin çibindən pulları götürüb.

Oğru tələsdiyindən əlindəki bağlamanı yaddan çıxararaq mağazada qoyub.

Ramin Babayevin sözlərinə görə, oğurlanan pullar mağaza üçün aldığı dəftərxana ləvazimatlarının ödənişi olub.

O, cibindəki 48 ədəd 100 manatlıq, 46 ədəd 50 manatlıq əsginasın yoxa çıxdığını biləndən sonra ətrafdakı müşahidə kameralarını yoxlayıb.

Oğurluq edən şəxsin yaddan çıxararaq mağazada qoyduğu bağlama ilə təhlükəsizlik kameralarına düşən görüntülərini əldə edib.

Maddi sübut kimi həmin sellofan bağlama da rayon polis şöbəsi əməkdaşlarına təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, oğurluqda şübhəli bilinən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində zəruri əməliyyat tədbirləri aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=55489

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930