Nardaranda 30-a yaxın şəxs saxlanılıb

02.03.2016 - 11:50

nardaranNardaran ağsaqqalı Hacıağa Nuri bunu martın 1-i səhər saatlarında kəndin küçələrindən birinə «Əli, Hüseyn, Allahu Əkbər!» şüarlarının yazılması ilə bağlı bildirib. «Özü də yarı kiril, yarı latın əlifbası ilə, qaçaraq şəkildə yazılan bir şüardır. Mən bunu ancaq təxribat adlandırıram. Nardarandakı güc strukturlarına müraciət etmişik ki, bunun üstünü açsınlar. Bunu kimsə kənardan edib, kənddə qarşıdurma yaratmaq istəyirlər», – deyə H.Nuri baş verənləri dəyərləndirib.

Cümhuriyyət.az “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, Nardaran ağsaqqalı kəndin hələ də güc strukturlarının nəzarətində olduğunu deyib. Bu baxımdan da baş verənlərin «kənar iz» olduğunu düşünür.

Hacağa Nurinin deməsinə görə, bu məsələ ilə bağlı 30-a yaxın şəxs saxlanılıb. Onlardan 10 nəfərə qədər şəxsə inzibati cəza verilib. Qalan şəxslər martın 1-i axşam saatlarında sərbəst buraxılıblar.

Kənddə görülən işlərdən danışan H.Nuri bildirib ki, İmam Hüseyn meydanından «Nardaran Piri»nə gedən 1 km-lik yolun çəkilişinə başlanıb.

2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat

keçirilib.

Bu əməliyyat nəticəsində 2-si polis, 5-i mülki şəxs olmaqla 7 nəfər həlak olub. «Müsəlman Birliyi» Hərəkatının sədri Tale Bağırzadə və daha 14 nəfər həbs edilib. Həbslər sonrakı günlərdə də davam edib. Həmin vaxt Nardaran küçələrindəki bütün dini şüarlar pozulub.

Prokurorluğun məlumatında bildirilir ki, hazırda «Müsəlman Birliyi» Hərəkatı ilə bağlı olan 68 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Onlara qarşı terrorçuluq, dövlət çevrilişinə cəhd və başqa maddələrlə ittiham irəli sürülüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=56195

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728