Ağcabədidə vətəndaş şərlənərək həbs olundu
Ağcabədi rayonundan cumhuriyyət.az-ın elektron poçtuna informasiya daxil olub.Məlumatda qeyd olunur ki,bir müddət əvvəl rayon su və melorasiya idarəsinin müdiri Əli Əliyev və rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun mənimsəmə əməlliyatları barəsində müxtəlif kiv-lərdə ifşa edici çıxışlarına görə Eldar Əhmədova qarşı adıçəkilən rəsmilər,Ağcabədi rayon məhkəməsində iddia qaldırmişlar.Mənbə qeyd edir ki,02 mart 2016-cı il tarixində Ağcabədi rayon məhkəməsi Eldar Əhmədovun bir il müddətinə azadlıqdan məhrum olunması ilə bağlı qərar vermişdir.Eldar Əhmədovun yaxınları qərarı sifarişli sayırlar.Onlar qeyd edirlər ki,Eldar Əhmədovun üzünə dayanan şəxsləri icra başçısı Şahin Məmmədov və idarə müdiri Əli Əliyev təşkil ediblər.Onların məqsədi Eldar Əhmədovu həbsə atdırmaqla proseslərdən kənarlaşdırmaqdır.
Redaksiyadan:Yazıda adları çəkilən şəxsləri də dinləməyə hazırıq.Mövzunu diqqətdə saxlayacayıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=56386