Yol polisləri polkovniki döydülər – Bakıda

03.03.2016 - 15:22

ypBakıda yol polisi əməkdaşları Müdafiə Nazirliyinin polkovnikini döyüblər.

Cümhuriyyət.az sputnik-ə istinadən xəbər verir ki, hadisə Yeni Günəşli massivində baş verib. Dövlət Yol Polisi Suraxanı rayon şöbəsinin əməkdaşları nazirliyin polkovniki Mehman Yusifovun idarə etdiyi maşını saxlayarkən, tərəflər arasında mübahisə düşüb. İnsident zamanı ərazidəki digər həmkarlarını da köməyə çağıran polislər polkovniki döyüblər.

Mehman Yusifov baş verənlərlə bağlı Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Məlumata görə, ağır bədən xəsarətləri alan Yusifovun şikayəti üzrə materiallar Suraxanı Rayon Prokurorluğuna göndəriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=56461

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728