Çevik Polis Alayı Bakıda əməliyyat keçirdi – Mütəşəkkil dəstə yaxalandı

05.03.2016 - 15:54

polis3Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı Bakıda oğurluqla məşğul olan mütəşəkkil dəstəni zərərsizləşdirib.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayı, Xəzər RPİ 2-ci PB və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 10-dan bu il fevralın 18-dək olan müddətdə Bakı şəhər sakinləri X.Xəlilova məxsus mağazadan, N.Zamanzadəyə məxsus çantadan, İ.Vəliyevaya və İ.Əliyevaya məxsus gözəllik salonundan pul, tütün məmulatı, ərzaq məhsulu və məişət əşyası oğurlamış Yevlax rayon sakini Alişan Məmmədov və Gəncə şəhər sakini Pərviz Niyazov saxlanılıblar.

Aparılmış əməliyyat tədbirləri ilə onların daha 3 nəfərə məxsus mağaza və gözəllik salonundan pul, danışıq kartları, tütün məmulatı və ərzaq məhsulları oğurlamaları da müəyyən edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=56726

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728