Azərbaycanlı milyarder İranda edam cəzasına məhkum edildi

07.03.2016 - 00:16

rrİranda korrupsiya ittihamları ilə həbs edilən Güney Azərbaycandan olan iş adamı, milyarder Babək Zəncani edam cəzasına məhkum edilib. Avropa.info xəbər verir ki, İranda 70-ə yaxın şirkətdə payı olan Zəncani satılan neftdən əldə edilən gəliri İran Mərkəzi Bankından gizlətməkdə ittiham olunaraq 2013-cü ildə həbs edilmişdi.
2013-cü ilin 30 dekabrında həbs olunan Zəncani, İran hökumətinin yadığı açıqlamaya görə, son bir il içində vergidən yayındırılmış neft pulunun 2.06 milyon avroluq hissəsini dövlətə qaytarmışdı. Zəncani nüvə proqramı üzündən İranın neft sata bilmədiyi vaxtlarda rəsmi Tehran üçün klid rolu oynayırdı. O, müxtəlif vasitələrlə İran neftini dünya bazarına çıxara bilmişdi. İş adamının sahibi olduğu Tacikistandakı bir bank və Malayziyada açdığı İslam Bankı İran neftinin satışından əldə edilən gəliri İran Mərkəzi Bankına köçürürdü. Bu banklar sayəsində İran Mərkəzi Bankına tətbiq olunan sanksiyaların qarşısı alınırdı.
Zəncaninin adı Türkiyədə fəaliyyət göstərən iş adamı Rza Zərrabla da birlikdə keçirdi. İddialara görə, Zərrabla Zəncani qızıl qarşılığında neft sataraq İrana qarşı olan sanksiyaları zərəsizləşdirə blirirlərmiş. Türkiyə, Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri və Malayziya kimi ölkələrdə nəqliyyat, bankçılıq və ticarət sektorunda fəaliyyət göstərən Zəncani, korrupsiya ittihamları ilə 30 dekabr 2013-cü ildə həbs olunmuşdu.
2012-ci ildə İrana qarşı embarqoları dəf etməyə çalışdığı üçün, ABŞ-ın adını qara siyahıya saldığı Zəncaniyə , Həsən Ruhaninin İranda prezident seçilməsindən sonra münasibət dəyişdi. O, İran hakimiyyəti tərəfindən ittiham edildi və həbs olundu.

Short URL: http://www.cumhuriyyet.net/?p=56775

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930