Bakıda iki sahibkara 470 min dollar “atdılar”

08.03.2016 - 17:00

dollarİki sahibkar polisə müraciət edərək, eyni şəxs tərəfindən külli miqdarda pullarının ələ keçirildiyini bildiriblər.

Musavat.com xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakinləri 1956-cı il təvəllüdlü Əli AllahVerdizadə və 1959-cu il təvəllüdlü Sahib Umudov 2007-ci ildə Namiq adlı şəxsə hərəsi 235 min dollar pul veriblər. Lakin Namiq adlı şəxs onların etibarından sui-istifadə edərək, pullarını qaytarmayıb.

Hər iki sahibkar 9 ildir ki, pullarını istədikləri Namiq adlı şəxsin müxtəlif bəhanələri ilə qarşılaşırlar.

Aldadılan sahibkarların 470 min dolları iş qurmaq məqsədi ilə Namiq adlı şəxsə verdikləri bildirilir.

Şikayətlə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=57047

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728