“Təzə Bazar”ın sahibini və ailəsini ölümlə hədələdilər

08.03.2016 - 22:42

rr“Təzə Bazar” MMC-nin sahibi, iş adamı Məmmədağa İbrahimov ölümlə hədələnib. Ölümlə hədələnən iş adamı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edərək, bu barədə məlumat verib. 1957-ci il təvəllüdlü iş adamı polisə müraciətində bildirib ki, naməlum şəxs gizli nömrə ilə mobil telefonuna zəng edərək, onu və ailəsini ölümlə hədələyib. İş adamının kim tərəfindən hədələndiyi araşdırılır.
Xatırladaq ki, bazar sahibi bir neçə dəfə ölkə mətbuatının gündəminə qalmaqallarla gəlib. Uzun zamandır “Bakı Mərkəzi Bazar” MMC-nin sahibi Vaqif Şıxəliyevlə iş adamı arasında mülk davası var. Belə ki, “Təzə Bazar” MMC-yə hər iki iş adamı şərik olub. Və bazar uğrunda tərəflər arasında dəfələrlə dava baş verib. Hətta bu davalar kütləvi hal da alıb. Bazarda bir neçə dəfə baş verən kütləvi davalara polis əməkdaşları müdaxilə etməli olublar.
M.İbrahimov mətbuata açıqlamasında V.Şıxəliyevin bir neçə adamı ilə onu ofisində döydüyünü və hədə-qorxu gəldiyini də bildirib. Onu da əlavə edək ki, M.İbrahimov V.Şıxəliyevdən Daxili İşlər Nazirliyinə də şikayət etmişdi.
Qeyd edək ki, Vaqif Şıxəliyev 1993-cü ildə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub. 1995-ci ilin avqust ayında mərhum prezident Heydər Əliyev tərəfindən bu postdan kənarlaşdırılıb. Hazırda bizneslə məşğuldur.

İ.MURADOV, Musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=57080

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728