Bakıda qəza: Sürücünü şapalaqladılar – Video

14.03.2016 - 11:32

qezaBakıda qeyri-adi yol qəzası baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” kameraları vasitəsilə qeydə alınıb. Görüntülərdən də məlum olur ki, motosiklet sürücüsü işıqforun qadağanedici qırmızı işığı yanan anda yolayrıcını keçmək istəyir və sürəti artıraraq hərəkəti davam etdirir. Bu zaman tam normal şəkildə yolu keçməyə çalışan iki piyadanı vuran motosiklet sürücüsü çətin vəziyyətə düşür.

Xoşbəxtlikdən piyadalar bir qədər ayıqlıq göstərərək qəzadan qismən yayına bilirlər. Piyadalar isə hirsini sürücüdən çıxaraq, onu vururlar. Hətta onlardan biri əlindəki yükü sürücünün başına çırpır.

Videoya diqqət etdikdə daha bir maraqlı məqam ortaya çıxır. Qarşı yolla hərəkət edən digər motosikletçi işıqforda iki piyadanın motosiklet sürücüsünü vurduğunu gördükdə dərhal istiqaməti dəyişərək köməyə gəlir. O, dəbilqəsini çıxararaq mübahisə edənlərə yaxınlaşır.

Short URL: http://www.cumhuriyyet.net/?p=57615

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31