ATV-nin əməkdaşları qəzaya düşdü
ATV telekanalının əməkdaşlarının olduğu avtomobil Bərdədə qəzaya düşüb.
Cümhuriyyət.az-ın APA-ya istinadən məlumatına görə, avtomobil Qarabağ su kanalının Bərdə rayonu Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində körpü üzərində dönmə əməliyyatını düzgün həyata keçirmədiyi səbəbindən suya düşüb. Nəticədə telekanalın qadın əməkdaşı xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qəzaya düşənin şəxsiyyəti dəqiqləşdirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=57723